İrakli Ğaribaşvili xaotik inkişafın olmaması üçün bütün ölkənin baş planı üzərində aktiv iş aparıldığını bildirib
Bütün ölkənin “masterplanı” və ya baş planı üzərində aktiv işləyirik. Bütün ölkəni elə planlaşdırmaq lazımdır ki, xaotik inkişaf olmasın – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.
O, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin bu istiqamətdə aktiv iş apardığını və bunun ən vacib məsələlərdən biri olduğunu bildirib.
“Biz bütün şəhərlər üçün baş plan hazırlayacağıq. Levan Davitaşvilinin idarəsi bu istiqamətdə aktiv işləyir. Biz gürcü şirkətlərimizlə birlikdə iştirak edəcək ən yaxşı şirkətləri, ən uğurlu xarici Avropa şirkətlərini gətirmək istəyirik. Bütün ölkə üzrə inkişaf planı birdəfəlik hazırlanacaq, bu, olduqca vacib məsələlərdən biridir” -deyə Baş nazir açıqlayıb.