İrakli Ğaribaşvili xalq rəssamı Teimuraz Qotsadzenin vəfatından dolayı məyusluğunu ifadə edir
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili xalq rəssamı Teimuraz Qotsadzenin vəfatından dolayı məyusluğunu ifadə edir.
“Görkəmli rəssam Teimuraz Qotsadzenin vəfatından dolayı dərin məyusluq hissi keçirirəm. Cənab Teimurazın təkrarlanmaz dəst-xətti ona gürcü rəssamlıq tarixində xüsusi yer qazandırıb. Onun müasir təsviri incəsənətin inkişafında, yeni rəssam nəsillərinin yetişdirilməsində effektiv fəaliyyəti xüsusilə diqqətəlayiqdir.
Cənab Teimurazinin ailəsinə, qohumlarına, həmkarlarına və bütün cəmiyyətimizə səmimi başsağlığı verir və dəstəyimi ifadə edirəm” -deyə Gürcüstanın Baş nazirinin başsağlığı məktubunda deyilir.
Gürcü rəssam, Gürcüstanın xalq rəssamı Teimuraz Qotsadze 82 yaşında vəfat edib.