İrakli Ğaribaşvili - Kezeraşvili 21-ci əsrin ən böyük oğurluğunu edib, bu pulla “Formula” təşkilatını maliyyələşdirir, səhv etmirəmsə, bu gün müxalifətçiləri, siyasətçiləri yanına çağırıb göstərişlər verir
İrakli Ğaribaşvili - Kezeraşvili 21-ci əsrin ən böyük oğurluğunu edib, bu pulla “Formula” təşkilatını maliyyələşdirir, səhv etmirəmsə, bu gün müxalifətçiləri, siyasətçiləri yanına çağırıb göstərişlər verir

Kezeraşvilinin televiziyası mənə sual verməyə necə cürət edir?- bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili deyib.

“Formula”nın jurnalisti baş nazirə sual verib: “Uduzan”, “simulant”, “müharibə partiyası” – bu ritorika işləmir və niyə bunu hər zaman təkrarlayırsan”, Ğaribaşvili bu suala cavabında belə deyib:

“Formula” televiziya şirkəti Kezeraşviliyə məxsusdur. 21-ci əsrin ən böyük oğruluğunu edən adam. Adam milyard dollar oğurlayıb, avropalı təqaüdçülərdən oğurladığı pulla “Formula”nı və digər siyasi partiyaları maliyyələşdirir. Keçmiş müdafiə nazirinin əvvəllər ordumuzu soyan, reket biznesi ilə məşğul olması, tamamilə terrora məruz qoyması, əvvəlcə burada Gürcüstanda yüz milyonlarla pul oğurlaması, sonra isə əsrin ən böyük oğurluğunu həyata keçirməsi tamamilə əxlaqsızlıq və şokedici faktdır. Avropada milyard dollar oğurladı və bu “Formula”nı pulla maliyyələşdirir, hamının maaşını verir, müxalifəti də maliyyələşdirir. Bu gün səhv etmirəmsə, müxalifətçiləri, siyasətçiləri yanına çağırıb göstərişlər verir. Sən, Kezeraşvili TV, mənə sual verməyə necə cürət edirsən. Bəli, “uduzanlar” adını çəkdiyim insanlardır, çünki onlar ölkəmizə ziyandan başqa heç nə gətirə bilməzlər”.