İrakli Ğaribaşvili kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə NATO-nun baş katibi köməkçisi ilə görüşdü
İrakli Ğaribaşvili kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə NATO-nun baş katibi köməkçisi ilə görüşdü

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə NATO-nun baş katibi köməkçisi, Devid Ketler ilə görüşdü.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı NATO-Gürcüstan əməkdaşlığı, Ukraynada davam edən hərbi əməliyyatlar və nəticədə, Şərqi Avropa bölgəsində təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi müzakirə olundu. Müharibənin tez bir zamanda dayandırılması üçün beynəlxalq ictimaiyyətin maksimum səy göstərməsinin vacibliyi xüsusilə qeyd olundu.

“Görüşdə qeyd edildi ki, NATO-Gürcüstan praktiki əməkdaşlığı uğurla inkişaf edir və tərəfdaşlığın daha da dərinləşdirilməsi əhəmiyyətlidir  ki, hansı da Gürcüstanın müdafiə qüvvələrinin modernləşdirilməsinə və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə imkanlar yaradacaq”, – baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.

Görüşdə NATO Kəşfiyyat-Analitik Xidmətinin rəis müavini, polkovnik Kaupo Rossini, NATO-nun Əlaqələr Bürosunun rəhbəri, Aleksandr Vinikov və Gürcüstanın Müdafiə naziri, Cuanşer Burçuladze iştirak edirdilər.