Ukraynada davam edən müharibə, bölgədə təhlükəsizlik vəziyyəti və Gürcüstanla Amerika Birləşmiş Ştatları arasında partnyorluğun gücləndirilməsi Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili ilə ABŞ-ın Gürcüstandakı səfiri, Kelli Deqnan arasında əsas müzakirə mövzusu idi.
İrakli Ğaribaşvili qeyd etdi ki, Gürcüstan beynəlxalq ictimaiyyətin yanında möhkəmdir və Ukraynaya həm ikitərəfli, həm də çoxtərəfli formatda siyasi və praktiki dəstək verməkdə davam edir, hərbi əməliyyatlar zamanı Gürcüstanın diplomatik nümayəndəlikləri Kiyev, Odessa və Lvovda fəaliyyətini dayandırmayıblar.
Görüş zamanı qeyd olundu ki, Gürcüstan hökuməti müharibə başlayandan bəri Ukraynaya əhəmiyyətli humanitar yardım edir, artıq Ukraynaya 500 tondan çox humanitar yardım göndərilib və bu proses davam edir.
Baş nazir qeyd etdi ki, Gürcüstan bir çox formatlarda fəal şəkildə Ukraynanın yanındadır və Ukraynaya dəstək verən qətnamələrin həmsponsorudur. Hökumət administrasiyasında keçirilən görüşdə Xarici İşlər naziri, İlya Darçiaşvili iştirak edirdi.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.