İrakli Ğaribaşvili - Karl Nehammerin tarixi səfəri iki ölkə arasında dinamik əməkdaşlığı və Avstriyanın Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına qəti dəstəyini təsdiqləyir
İrakli Ğaribaşvili - Karl Nehammerin tarixi səfəri iki ölkə arasında dinamik əməkdaşlığı və Avstriyanın Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına qəti dəstəyini təsdiqləyir

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Twitter”də Avstriya Respublikasının federal kansleri Karl Nehammerlə görüşə münasibət bildirir.

Hökumət başçısının qeyd etdiyi kimi, Karl Nehammerin tarixi səfəri ölkələr arasında dinamik əməkdaşlığı və Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına Avstriya Respublikasının qəti dəstəyini təsdiqləyir.

“Avstriya Respublikasının federal kanslerini Gürcüstanda qəbul etmək şərəfinə nail oldum. Cənab Karl Nehammerin tarixi səfəri iki ölkə arasında dinamik əməkdaşlığı və Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına Avstriya Respublikasının qəti dəstəyini təsdiqləyir. Bir çox digər məsələlərlə yanaşı, biz ticarət və iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivlərini müzakirə etdik” -deyə İrakli Ğaribaşvili qeyd edir.