İrakli Ğaribaşvili - Kaxetidə infrastruktur və yeni yolların inşasına 2 milyard lari xərclənəcək
“Bu cür intensiv, fəal iş üçün Regional İnkişaf və İnfrastruktur naziri İrakli Karseladzeyə təşəkkür etmək istəyirəm. Nazir həyata keçirməyə başladığımız planları təqdim etdi. Əsas yenilik tam şəkildə 4 zolaqlı maqistralın tikintisinin başladılmasıdır, yaxın gələcəkdə buna başlanılacaq- deyə İrakli Ğaribaşvili Bakurtsixe-Telavi-Axmeta avtomobil yolunun yeni 15 km-lik hissəsinin açılış tədbirində bildirib.
Hökumət başçısının sözlərinə görə, Kaxetidə infrastruktur və yeni yolların inşasına 2 milyard lari xərclənəcək.
“Bununla yanaşı, bu büdcəyə daxil olmayan daxili yollara qayğı da əlavə ediləcək. Real olaraq , Kaxetinin landşaftı , yolların mənzərəsi tamamilə dəyişəcək. Kaxeti ən heyrətamiz yerlərdən biridir. Hər iki turistdən biri Kaxetiyə gedir, bu səbəbdən hökumətimiz yol infrastrukturunun inkişafına böyük diqqət ayırır. Bu vacib layihəni maliyyələşdirdiyinə görə donorumuza bir daha təşəkkür edirəm və ümumilikdə on illik planımız çərçivəsində yol infrastrukturuna, yeni maqistral yolların tikintisinə təxminən 32 milyard lari xərclənəcək. Bu da ölkəmizin ümumi mənzərəsini tamamilə dəyişəcək. Həm turistlərin, həm də yerli əhalinin hərəkət etməsi daha asan olacaq və real olaraq bu başqa bir ölkə olacaq, bütün bölgələrə və munisipalitetlərə Avropa standartları daxil olacaq. Bir daha, İrakli Karseladze və komandasının çox fəal işlərinə görə minnətdaram” -deyə baş nazir bildirib.