İrakli Ğaribaşvili - Cozef Borrellə Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi nailiyyətləri müzakirə etdik, bu il Avropa İttifaqına namizəd statusunu gözləyirik, Gürcüstan Avropadır
Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi nailiyyətləri və 12 prioritetin yerinə yetirilməsi baxımından uğurlarımızı müzakirə etdik-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrell ilə görüşdən sonra sosial şəbəkədə yazıb.
“Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrell ilə məhsuldar görüş keçirdim. Biz Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi nailiyyətləri və 12 prioritetin yerinə yetirilməsi baxımından uğurlarımızı müzakirə etdik. Əhəmiyyətli tərəqqiyə cavab olaraq, bu il Avropa İttifaqına namizəd ölkə statusunu alacağımızı gözləyirik! Gürcüstan Avropadır”-deyə Ğaribaşvili yazır.