İrakli Ğaribaşvili - Çox yaxşı işlər görülüb, biz ənənəvi dinlərə kömək edirik, bununla ənənəvi dinlərimizə hörmət etdiyimizi ifadə edirik
Biz bir çox məscidlərin mülkiyyət hüququnu müsəlman icmasına vermişik və bu proses davam edəcək, – Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili parlamentə illik hesabatını təqdim edərkən bildirib.
Hökumət başçısının sözlərinə görə, onlara daha çox kömək göstəriləcək, o cümlədən maliyyə vəsaiti artırılacaq.
“Bilirsiniz ki, Batumi məscidinin bərpaişləri aparıldı, mövcud məscidin. Dini Agentlik yaranandan bəri və bildiyiniz kimi, xatırladım ki, bu agentlik mənim vaxtımda yaradılıb, çox gözəl işlər görülüb. Biz ənənəvi dinlərə də kömək edirik. Bununla biz ənənəvi dinlərimizə hörmətimizi nümayiş etdiririk. Biz həmişə tolerant cəmiyyət olmuşuq, bizə necə davranmağı başqaları öyrətmir. Biz bir çox məscidlərin mülkiyyət hüququnu müsəlman icmasına vermişik və bu proses davam edəcək, onlara daha da çox köməklik göstəriləcək və maliyyəni artırmağı planlaşdırmışıq. Beləliklə, hər şeyin, hər bir layihənin həyata keçirilməsinin öz qaydaları var, hər kəs qaydalara, qanunlara, prosedurlara, icazə qaydalarına və s. əməl etməyə hazır olmalıdır. Hər şeyin öz qaydaları var, dövlətimizin münasibəti var. Ümumiyyətlə, hesab edirəm ki, bu məsələni cəmiyyət, mömin camaat, müsəlman icması həll etməlidir, biz öz tərəfimizdən əlimizdən gələn qədərilə dəstəkləyəcəyik və kömək edəcəyik”- deyə baş nazir bildirib.