İrakli Ğaribaşvili - çox aydın bəyan etmək və vətəndaşlarımıza müraciət etmək istəyirəm, bu gün heç bir təhlükəmiz yoxdur, sakitliyi qorumalıyıq, Gürcüstanı heç bir təhlükə hədələmir
İrakli Ğaribaşvili - çox aydın bəyan etmək və vətəndaşlarımıza müraciət etmək istəyirəm, bu gün heç bir təhlükəmiz yoxdur, sakitliyi qorumalıyıq, Gürcüstanı heç bir təhlükə hədələmir

Çox aydın bəyan etmək və vətəndaşlarımıza müraciət etmək istəyirəm, bu gün heç bir təhlükəmiz yoxdur, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Kocoridə bəyan etdi. Burada o, Yunkerlər memorialını gül-çiçək dəstələri ilə bəzədi.

Hökumət başçısının dediyinə görə, Gürcüstan hakimiyyəti praqmatik, milli maraqlara hesablanmış siyasətlə son doqquz il ərzində ölkənin sülh və sabitliyə nail olmasını bacardı.

“Çox aydın bəyan etmək və vətəndaşlarımıza müraciət etmək istəyirəm, bu gün heç bir təhlükəmiz yoxdur. Sakitliyi qorumalıyıq, Gürcüstanı heç bir təhlükə hədələmir. Gürcüstan hakimiyyəti praqmatik, milli maraqlara hesablanmış siyasətlə son doqquz il ərzində ölkənin sülh və sabitliyə nail olmasını bacardı. Bununla yanaşı, paralel olaraq, biz heç bir itki olamada, heç bir destabilizasiya olmadan Avropa İttifaqı ilə assosiasiya razılaşmasının imzalanmasına, vizasız rejimə və azad ticarətə nail olduq. Paralel olaraq ona nail olduq ki, vəziyyəti maksimal olaraq sabitləşdirdik, o cümlədən Rusiya ilə vəziyyətin deeskalasiyasına nail olduq, hansı da, sözsüz ki, ölkənin milli maraqlarına müvafiq idi”, – Ğaribaşvili bəyan etdi.