İrakli Ğaribaşvili Çində keçirilən 31-ci FİSU Ümumdünya Yay Universitet Oyunlarının açılışında iştirak edib
İrakli Ğaribaşvili Çində keçirilən 31-ci FİSU Ümumdünya Yay Universitet Oyunlarının açılışında iştirak edib

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Çenqduda keçirilən 31-ci FİSU Ümumdünya Yay Universitet Oyunlarının açılış mərasimində iştirak edib.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Çin Xalq Respublikasının Prezidenti Si Dzinpin universitet oyunlarının keçirildiyi İdman Parkı stadionunda yüksək səviyyəli qonaqları qəbul edib.

Bu il Ümumdünya Universitet Oyunlarında 40 gürcü tələbə iştirak edir.

Açılış mərasimində cüdo, su polosu, üzgüçülük üzrə universitet oyunlarında mübarizə aparacaq gürcü tələbələr iştirak ediblər. İdmançılar Gürcüstanın müxtəlif akkreditə olunmuş ali təhsil müəssisələrinin tələbələridir.

Baş nazir açılış mərasimində nümayəndə heyəti ilə birlikdə olub.

Baş nazirin mətbuat xidməti məlumat yayıb.