İrakli Ğaribaşvili Çin səfiri ilə görüşüb
İrakli Ğaribaşvili Çin səfiri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Çou Tsien ilə görüşüb.

Hökumət Administrasiyasında keçirilən görüşdə ötən il strateji tərəfdaşlıq səviyyəsinə qədər dərinləşən iki ölkənin yaxın dostluq münasibətlərindən, əməkdaşlığın gələcək perspektivlərindən söhbət açılıb.

Tərəflər ötən il Pekinə səfəri zamanı Gürcüstanın Baş naziri ilə Çin Xalq Respublikasının Prezidenti Si Dzinpin arasında keçirilmiş görüşü və onun Gürcüstan-Çin münasibətlərindəki əhəmiyyətini bir daha yüksək qiymətləndiriblər. Sözügedən səfər çərçivəsində tərəflərin müəyyən etdiyi planların həyata keçirilməsindən danışılıb.

Səfir baş nazirə Tayvanda keçirilən seçkilər barədə məlumat verib və bu seçkilərin ardından baş nazir Gürcüstan hökumətinin vahid Çin prinsipinə güclü dəstəyini bir daha ifadə edib. Tərəflər bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiq ediblər.