İrakli Ğaribaşvili Çin Xalq Respublikasının Gürcüstandakı səfiri Çou Tsien ilə görüşüb
“Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili Çin Xalq Respublikasının Gürcüstandakı səfiri Çou Tsien ilə görüşüb.
“Gürcü Arzusu”nun mətbuat xidmətinin məlumatına görə, görüşdə Gürcüstan və Çin arasında imzalanmış strateji tərəfdaşlıq sazişi müzakirə edilib və saziş iki ölkə arasında vizasız gediş-gəliş rejiminin tətbiqi ilə müşaiyət olunub.
Səfir İrakli Ğaribaşviliyə baş nazirliyi dövründə Çin Xalq Respublikası ilə əməkdaşlığın dərinləşdirilməsi baxımından gördüyü işlərə görə təşəkkür edib. Partiya sədri öz növbəsində iki ölkə arasında strateji tərəfdaşlığa verdiyi töhfəyə görə səfirə minnətdarlığını bildirib.
Görüşdə region və dünyadakı cari proseslərə, eləcə də Gürcüstanda mövcud siyasi vəziyyətə toxunulub.