İrakli Ğaribaşvili - Ceyk Sallivan ilə görüşdə ölkələr arasında strateji tərəfdaşlığı, regional və ya qlobal çağırışların öhdəsindən gəlinməsinin əhəmiyyətini müzakirə etdik
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində Amerika Birləşmiş Ştatları Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşünə münasibət bildirib.
Baş nazirin qeyd etdiyi kimi, iki ölkə arasında strateji tərəfdaşlıq, regional və ya qlobal çağırışların öhdəsindən gəlinməsinin əhəmiyyəti müzakirə edilib.
“ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşmək xoş idi. Biz ölkələrimiz arasında mövcud strateji tərəfdaşlığı, regional və ya qlobal çağırışların öhdəsindən gəlinməsinin əhəmiyyətini müzakirə etdik”, – deyə hökumət başçısı bildirib.