İrakli Ğaribaşvili - Çexiya Prezidenti ilə görüşdə Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləyişinə və Avropa İttifaqına namizəd ölkə statusuna da toxunulub
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Twitter” hesabında Çexiya Prezidenti ilə görüşünə münasibət bildirib.
Hökumət başçısı yazır ki, görüşdə Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləyişinə və Avropa İttifaqına namizəd ölkə statusuna da toxunulub.
“Çexiya Prezidenti Petr Pavel ilə səmərəli görüşüm oldu. Biz Gürcüstan və Çexiya arasında ikitərəfli tərəfdaşlığa aid bir çox məsələləri müzakirə etdik. Söhbət zamanı Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləyişinə və Avropa İttifaqına namizəd ölkə statusuna da toxunulub” – baş nazir qeyd edir.