İrakli Ğaribaşvili - məsuliyyətsiz neofaşistlərin və radikalların yaratdığı ajiotajda bütün dünyanın qarşısında duran çağırışlar unudulur
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin sözlərinə əsasən, “Gorbi” ictimai rəy sorğusunun nəticələri cəmiyyətdəki real əhvali-ruhiyyəni əks etdirir.
Onun dediyinə əsasən, hökumət xalq üçün bundan da daha çox iş görməlidir.
“Hesab edirəm ki, cəmiyyətdəki əhvali-ruhiyyə reallığı əks etdirir. İctimaiyyətin bir neçə həftə əvvəl şahid olduğu bütün saxtalaşdırılmış tədqiqatlar biabırçı, qərəzli idi. Ölkədə bir çox sorğu keçirilir, lakin son sorğu yenə də seçkilərdir. İnanıram ki, biz daha çox iş görməliyik, xalqımız, ölkəmiz üçün daha çox iş görməliyik, ölkəni xilas etməliyik. Bu məsuliyyətsiz neofaşistlərin və radikalların yaratdığı ajiotajda bu gün bütün dünyanın qarşısında duran çağırışlar unudulur. Ukrayna dağılır, 20% işğal olunub, poliqona çevrilib və bu müharibənin nə vaxt bitəcəyini heç kim bilmir. Bu zaman isə kimlərsə təxribat təşkil etməyə, sabitliyi pozmağa çalışır və burada ikinci cəbhələr haqqında danışırlar. İnsanlar bunu görür, qiymətləndirir. İnanıram ki, biz daha çox şey edə biləcəyik və hər şey çox yaxşı olacaq”- deyə İrakli Ğaribaşvili bildirib.