İrakli Ğaribaşvili cari ilin iyul ayında xarici ticarət istiqamətində müsbət tendensiyaların müşahidə olunduğunu bildirib
İrakli Ğaribaşvili cari ilin iyul ayında xarici ticarət istiqamətində müsbət tendensiyaların müşahidə olunduğunu bildirib

 

Gürcüstanın baş naziri  İrakli Ğaribaşvili cari ilin iyul ayında xarici ticarət istiqamətində olduqca vacib və müsbət tendensiyaların müşahidə olunduğunu bildirib.

Baş nazir , iyulda ixracın rekord həcminin – 540 milyon ABŞ dolları qeydə alındığını bildirib.

“Əvvəlki illə müqayisə etsək, ixracda təxminən 40 faizlik artım var. Həmçinin, onu da bildirmək istərdim ki, ixracın sözü gedən göstəricisi həm ötən ilin müvafiq dövrü ilə müqayisədə, həm də digər aylarla müqayisədə rekord göstəricidir. Ümumilikdə, yanvar-iyul aylarında ixrac təxminən 37 faiz artıb və 3 milyard dollardan çox olub.

İdxalda da artım var və ümumilikdə yanvar-iyul aylarında ticarət dövriyyəsi demək olar ki, 10 milyard 200 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə təxminən 35 faiz çoxdur”- deyə İrakli Ğaribaşvili bildirib.