İrakli Ğaribaşvili - çağırışlara və təxribatlara baxmayaraq, biz sülhü qoruyacağıq, əhali sakit olmalıdır, heç bir təhlükə bizi təhdid etmir
İrakli Ğaribaşvili - çağırışlara və təxribatlara baxmayaraq, biz sülhü qoruyacağıq, əhali sakit olmalıdır, heç bir təhlükə bizi təhdid etmir

 

Çağırışlara və təxribatlara baxmayaraq, biz vətəndaşlarımız, ölkəmiz üçün sülhü, təhlükəsizliyi və sabitliyi qoruyub saxlayacağıq -bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

Hökumət başçısı qeyd edib ki, əhali sakit olmalıdır, çünki ölkəni heç bir təhlükə təhdid etmir.

“Əhali sakit olmalıdır, bizi heç bir təhlükə təhdid etmir. Biz ölkəni belə sakit və möhkəm şəkildə qurmağa davam etməliyik -deyə baş nazir bildirib.