İrakli Ğaribaşvili iyunun 24-də hökumət proqramının icrası ilə bağlı hesabatı parlamentə təqdim edəcək
İrakli Ğaribaşvili iyunun 24-də hökumət proqramının icrası ilə bağlı hesabatı parlamentə təqdim edəcək

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili iyunun 24-də hökumət proqramının icrası ilə bağlı hesabatı parlamentə təqdim edəcək.

Reqlamentə əsasən iyunun sonunda bağlanan parlamentin yaz sessiyası, baş nazirin parlament çıxışı ilə başa çatacaq.

Reqlamentə müvafiq olaraq, İrakli Ğaribaşvili iyunun 1-də parlamentə hökumət proqramının icrası ilə bağlı illik yazılı məruzə təqdim edib.