İrakli Ğaribaşvili iyulun 1-dən sosial cəhətdən həssas uşaqlar üçün yardımın 200 lari olacağını bildirir
İrakli Ğaribaşvili iyulun 1-dən sosial cəhətdən həssas uşaqlar üçün yardımın 200 lari olacağını bildirir

 

İki il əvvəl sosial cəhətdən həssas uşaqlar üçün yardım 50 lari idi, 2023-cü ilin iyulun 1-dən yardım 200 lari olacaq -bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.

Baş nazir sosial cəhətdən həssas uşaqlara yardım üçün 65 milyon lari xərclənəcəyini bildirib.

“Mən bəzi maraqlı aspektləri ayırmaq istərdim. Sosial istiqamətdə, gələn il biz sosial ödənişlərin artırılmasını nəzərdə tutmuşuq, bizdə bütün istiqamətlər var idi, bu, pensiya, fiziki baxımdan məhdud imkanlı şəxslərə yardım və s. olacaq. Biz buna büdcənin əvvəlki variantında müəyyən edilməmiş sosial cəhətdən həssas uşaqlara yardımın artırılmasını da əlavə etdik. Bildiyiniz kimi, təxminən iki il əvvəl səhv etmirəmsə hər uşağa verilən dəstək 50 lari idi. Gələn il isə, 2023-cü ilin iyulun 1-dən bu 200 lari olacaq. Hər uşağa 200 lari verəcəyik, bu isə vacibdir və buna 65 milyon lari xərclənəcək” – deyə baş nazir qeyd edib.