İrakli Ğaribaşvili - İyul ayından etibarən "Pfizer"-in milyon dozası Gürcüstana gətiriləcək
İrakli Ğaribaşvili - İyul ayından etibarən "Pfizer"-in milyon dozası Gürcüstana gətiriləcək

İyul ayından etibarən milyon doza “Pfizer” Gürcüstana gətiriləcək-bu barədə baş nazir  İrakli Ğaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

O, ölkənin ilin sonuna qədər 4 milyon dozaya qədər peyvənd alacağını bildirib.

“Pfizer” ilə apardığımız uğurlu danışıqlar nəticəsində razılığa gəldik, müqavilə imzalanıb, milyon doza ilə əlaqədar pul ödənilib. “Pfizer” də iyul ayından etibarən milyon doza peyvənd tədarükünə başlayacaq. Ümumilikdə, ilin sonuna qədər təxminən 4 milyon dozaya qədər qəbul etməyi gözləyirik ki, bu da ilin sonuna qədər yetkin əhalinin yüzdə 60-nın peyvəndlənməsini nəzərdə tutan məqsədimizə çatmağa imkan verir “-deyə İrakli Ğaribaşvili bildirib.

Bununla yanaşı , baş nazirin bugünkü brifinqdə də qeyd etdiyi kimi, Gürcüstana “Sinovac” və “Sinopharm” peyvəndlərinin yeni dozaları artıq gətirilib. Onun sözlərinə görə, Gürcüstan 5 iyulda kütləvi peyvəndləməyə başlamağa hazırdır.