İrakli Ğaribaşvili İsveçin baş naziri ilə görüşüb
İrakli Ğaribaşvili İsveçin baş naziri ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Madridə səfəri çərçivəsində İsveç Krallığının baş naziri Maqdalena Anderson ilə görüş keçirib.

Hökumət Administrasiyasının Mətbuat Xidmətinin verdiyi məlumata görə, müzakirə olunan məsələlər sırasında iki ölkə arasındakı mövcud tərəfdaşlıq münasibətlərinin müsbət dinamikası və Avropa Şurasının Gürcüstana Aİ-yə üzvlük perspektivinin verilməsi ilə bağlı qərarı olub.

İrakli Ğaribaşvili İsveç Krallığının baş nazirinə Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü, eləcə də Aİ-yə inteqrasiya prosesini və onun Avropa islahatlar gündəmini dəstəklədiyinə görə təşəkkür edib.

Rəsmi məlumata əsasən, İrakli Ğaribaşvili İsveçin Gürcüstanın ən böyük beynəlxalq donorlarından biri olduğunu və ölkənin demokratik, institusional modernləşdirilməsi və sosial-iqtisadi inkişafına böyük töhfə verdiyini qeyd edib.