İrakli Ğaribaşvili - istər cənazənin gətirilməsi, istərsə də hərbi qaydada dəfn olsun, bizim tərəfimizdən hər şey edilib, həlak olanların ailələrinə haray-həşir qoparmadan və piar olmadan müvafiq hörmət göstərildi
İrakli Ğaribaşvili - istər cənazənin gətirilməsi, istərsə də hərbi qaydada dəfn olsun, bizim tərəfimizdən hər şey edilib, həlak olanların ailələrinə haray-həşir qoparmadan və piar olmadan müvafiq hörmət göstərildi

 

İstər cənazənin gətirilməsi, istərsə də hərbi qaydada dəfn olsun, bizim tərəfimizdən hər şey edilib, həlak olanların ailələrinə haray-həşir qoparmadan və piar olmadan müvafiq hörmət göstərildi – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında açıqlama verib.

Baş nazir hər şeyin piar edilməsinin və ucuz, mənəviyyatsız populizmin narahatlıq doğurduğunu bildirib.

“Bir daha hamıya hökumətin hər şeyi etdiyini xatırladacağam. Bizim vətəndaşlarımızdırlar, yazıq oğlanlar, bir daha demək istəyirəm ki, bu, bizim üçün böyük faciədir. Hökumət ilk gündən məsələyə qoşulub, səfirliklər işə qoşulublar. İstər cənazənin gətirilməsi, istərsə də hərbi qaydada dəfn olsun, bizim tərəfimizdən hər şey edilib, həlak olanların ailələrinə haray-həşir qoparmadan və piar olmadan müvafiq hörmət göstərildi. Hər şeyin piar edilməsi və ucuz, mənəviyyatsız populizm narahatlıq doğurur. Demək olar ki, bu gürcülüyə zidd hadisədir. Gürcü kişisi, insanı istər həlak olmuşun ailəsinə baş sağlığının verilməsi, istərsə də istənilən hərəkətlə baş sağlığını hər zaman layiqli bir şəkildə ifadə edir. Siyasətçilərin etdikləri mənəviyyatsız ikiüzlülükdən başqa bir şey deyil” – deyə İrakli Ğaribaşvili açıqlayıb.