İrakli Ğaribaşvili istefa ilə bağlı məlumatları dezinformasiya adlandırır
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, istefa verməsi ehtimalını dezinformasiya və zəif təxribat adlandırır.
İrakli Ğaribaşvili jurnalistin “Seçkilərin ikinci turundan sonra istefa verilməsi planlaşdırılırmı?” Sualını cavablandırıb.
“Bunu partiyamız, komandamızın nümayəndələri tərəfindən dəfələrlə izah edilməsinə baxmayaraq, hələ də bəzi zəif təxribat və dezinformasiyalar yayırsınız. Sizə zarafat olaraq deyim, dünən istefa etdim, amma bunu bilirsinizmi? ”İrakli Ğaribaşvili bildirib.