İrakli Ğaribaşvili - istefa fikrində deyiləm, bu tamamilə absurddur
Ötən il fevralda baş nazir oldum, ondan sonra biz, bizim komandamız seçkilərdə layiqincə qələbə qazandıq, səkkizinci dəfə qələbə qazandıq və xalqdan mandat aldım, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili hökumət administrasiyasında keçirilən brifinqdə jurnalistin sualına cavab olaraq bəyan etdi.
Hökumət başmısı xüsusilə qeyd etdi ki, istefa fikrində deyil.
“İstefaya gəldikdə, sözsüz ki, planlaşdırmıram. Bu tamamilə absurddur. Əksinə, bizim öhdəliyimizdir ki, biz və komandamızın verdiyi vədlərin hamısını sonuna qədər yerinə yetirək. Birini xatərladam ki, ötən il fevralda baş nazir oldum, ondan sonra biz, bizim komandamız seçkilərdə layiqincə qələbə qazandıq, səkkizinci dəfə qələbə qazandıq və xalqdan mandat aldım ki, xalqıma və ölkəmə xidmət edəm. Beləliklə sualınız yersizdir”, – Ğaribaşvili bəyan etdi.