İrakli Ğaribaşvili İsrailin Gürcüstandakı səfiri Hadas Meitsad ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili İsrailin Gürcüstandakı səfiri Hadas Meitsad ilə görüşüb. Məlumatı hökumətin mətbuat xidməti yayır.
Verilmiş məlumatda Hökumət Administrasiyasında keçirilən görüşdə İsraildə inkişaf etmiş proseslərə diqqət yetirildiyi deyilir.
“Görüş zamanı İrakli Ğaribaşvili Gürcüstan hökumətinin İsrail dövlətinə və onun vətəndaşlarına qarşı terror aktını pislədiyini xüsusilə vurğulayıb.
Diplomat hökumət başçısına İsraildə inkişaf edən hadisələrlə bağlı son məlumatları çatdırıb. Baş nazir həlak olan insanlar üçün məyus olduğunu bildirib və hökumət adından səfirə bir daha başsağlığı verib”-deyə Gürcüstan hökumətinin mətbuat xidməti bildirib.