Baş nazir, İrakli Ğaribaşvili İsrailin Gürcüstana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri, Hadas Meitsad ilə görüşdü.
Baş nazirin mətbuat xidmətinin məlumatınaa görə, hökumət başçısı diplomatı İsraildə Parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik etdi və İsrailin yeni hökuməti formalaşdıqdan sonra sıx əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirdi.
Elə onların məlumatına görə, tərəflər iki ölkə arasında çoxəsrlik əlaqələrdən və gələcək prioritetlərdən danışdılar. Turizmə diqqət yetirildi, ticarət-iqtisadi əlaqələr istiqamətində mövcud potensialdan tam istifadə olunmasının vacibliyi vurğulandı. İki ölkənin sahə Nazirlikləri və Parlamentləri arasında səmərəli əməkdaşlığın mövcud olduğu, o cümlədən son illər ölkələr arasında bir sıra mühüm ikitərəfli razılaşmaların imzalandığı vurğulandı.
Söhbət zamanı bu il Gürcüstanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə toxunuldu. İrakli Ğaribaşvili Hada Meitsada uğurlar arzuladı və gələcək əməkdaşlığa hazır olduğunu təsdiqlədı.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.