İrakli Ğaribaşvili - İsrail Prezidenti ilə görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin vacibliyi və hərtərəfli əməkdaşlıq gündəliyinin əhəmiyyəti vurğulanıb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində İsrail Dövlətinin Prezidenti İsaak Hersoqla görüşünə münasibət bildirib.
Baş nazirin sözlərinə görə, Gürcüstan və İsrail arasında mövcud ikitərəfli əlaqələrin möhkəmləndirilməsi vurğulanıb.
“Mənim İsrail Dövlətinin Prezidenti İsaak Hersoqla səmərəli görüşüm oldu, görüş zamanı Gürcüstan və İsrail arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, eləcə də hərtərəfli əməkdaşlıq gündəliyinin əhəmiyyəti vurğulandı. Ümid edirəm ki, Yaxın Şərqdə və onun hüdudlarından kənarda sülh və sabitlik bərqərar olacaq”, – İrakli Ğaribaşvili yazır.