İrakli Ğaribaşvili - İsrail ərazisində yaşayan dinc əhaliyə qarşı edilən zorakılığı və raket hücumunu sərt şəkildə qınayırıq
İrakli Ğaribaşvili - İsrail ərazisində yaşayan dinc əhaliyə qarşı edilən zorakılığı və raket hücumunu sərt şəkildə qınayırıq

İsrail ərazisində yaşayan dinc əhaliyə qarşı edilən zorakılığı və raket hücumunu sərt şəkildə qınayırıq , – Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin bu bəyanatı iqtidarın rəsmi “Tvitter” səhifəsində yayıldı.

İrakli Ğaribaşvilinin bəyanatına görə, vəziyyətin deeskalyasiyasından başqa alternativ yoxdur.

“Həlak olanların ailələrinə baş sağlığı diləyirəm və yaralılara tezliklə sağalmayı arzulayıram. Vəziyyətin dərhal deeskalyasiyasının başqa bir alternativi yoxdur, çünki dinc əhalinin qurban olmasına izin verilməməlidir”, – deyilir Ğaribaşvilinin bəyanatında.