İrakli Ğaribaşvili İsrail Dövlətinin Prezidenti İsaak Hersoqla görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili İsrail Dövlətinin Prezidenti İsaak Hersoqla görüşüb.
Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, tərəflər iki ölkə arasında səmərəli əməkdaşlığın dinamikasını müzakirə ediblər.
“Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstanla İsrail dövləti arasında tərəfdaşlıq və dostluq əlaqələri həmişə yüksək səviyyədədir.
Müzakirə olunan mövzular arasında Yaxın Şərqdə cərəyan edən hadisələr də olub. Baş nazir qeyd edib ki, Gürcüstan hökuməti İsrail dövlətinə və onun vətəndaşlarına qarşı törədilən terror aktlarını pisləyir. İrakli Ğaribaşvili və İsaak Hersoq təhlükəsizlik baxımından çətinliklərlə bağlı fikirlərini bölüşüblər.
Davosda Gürcüstanın Baş naziri ilə İsrail Dövlətinin Prezidentinin görüşü keçirilib” – Gürcüstan Hökuməti Administrasiyasının mətbuat xidmətinin məlumatında deyilir.