İrakli Ğaribaşvili İsrail dövlətinin xarici işlər naziri və alternativ baş naziri Yair Lapid ilə görüşüb
İrakli Ğaribaşvili İsrail dövlətinin xarici işlər naziri və alternativ baş naziri Yair Lapid ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili İsrail dövlətinin xarici işlər naziri və alternativ baş naziri Yair Lapid ilə görüşüb.

Görüşdə iki ölkə arasında dostluğun nümunəvi olduğu və 30 illik diplomatik münasibətlərin bunun əyani təsdiqi olduğu xüsusilə vurğulanıb. Müxtəlif sahələrdə uğurlu əməkdaşlığın daha da dərinləşdirilməsinə ikitərəfli hazırlıq ifadə edilib.

İrakli Ğaribaşvili və Yair Lapid həmçinin təhlükəsizlik baxımından mövcud çağırışlardan və müxtəlif formatlarda əməkdaşlığın daha da intensivləşdirilməsindən danışıblar.

İsrail dövlətinin xarici işlər naziri İrakli Ğaribaşviliyə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi baxımdan İsrail dövlətinin sabit mövqeyini bir daha təsdiqləyib.

Görüşdə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili, müdafiə naziri Cuanşer Burchuladze, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili, Gürcüstanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri Laşa Jvaniya və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak ediblər.