Gürcüstanın baş naziri İrakli Ğaribaşvili İsrail dövlətinə səfər edəcək. Bu barədə məlumatı Hökumət Administrasiyasının mətbuat xidməti yayır.
Verilən məlumatda, hökumət başçısının İsrail dövlətinə səfərinin rəsmi olaraq mayın 30-da İsrail dövlətinin baş naziri Naftali Bennett ilə görüşlə başlayacağı deyilir. Bundan əlavə, başqa yüksək səviyyəli görüşlərin keçirilməsi də planlaşdırılır.
Səfər çərçivəsində İrakli Ğaribaşvili Holokost qurbanlarının xatirə abidəsinə əklil qoyacaq. Yerusəlim Patriarxı III Teofilos Gürcüstan hökumətinin başçısını Patriarxlıqda qəbul edəcək.