İrakli Ğaribaşvili - İsrail dövlətinə qarşı törədilən terror aktını qınayıram, İsrail hökumətinə və xalqına başsağlığı verir, bütün yaralıların tezliklə sağalmasını arzulayıram
Mən İsrail dövlətinə və İsrail vətəndaşlarına qarşı terror aktını qınayıram, – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində yazır.
İrakli Ğaribaşvili İsrail hökumətinə və xalqına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayır.
“İsrail dövlətinə və İsrail vətəndaşlarına qarşı törədilən terror aktını, insanların həyatının məhv edilməsini və bir çox insanın ciddi xəsarət almasını qınayıram. Mən İsrail hökumətinə və xalqına səmimi qəlbdən başsağlığı verirəm və bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıram”, – İrakli Ğaribaşvili sosial şəbəkədə qeyd edib.
Bu gün səhər saatlarında Qəzza sektorundan İsrail istiqamətində raketlər atılıb. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb. Qəzza sektorundan İsrail istiqamətində həyata keçirilən raket hücumu səbəbindən İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.
Bundan əlavə, Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, “Hazırkı məlumatlara görə, İsraildə yaralananlar arasında Gürcüstan vətəndaşı yoxdur ancaq vətəndaşlar və İsrailin müvafiq xidmətləri ilə əlaqə saxlamağa davam edirik”
Müəllif -
Mehemmed Bayramaliyev