İrakli Ğaribaşvili İspaniya Krallığının daxili işlər naziri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili İspaniya Krallığının daxili işlər naziri Fernando Qrande Marlaska ilə görüşüb.
Baş nazirin mətbuat xidmətindən verilən məlumatda görüşdə Gürcüstan və İspaniya Krallığı arasında müxtəlif istiqamətlərdə məhsuldar əməkdaşlığa toxunulduğu deyilir.
İki ölkənin dostluq və tərəfdaşlıq münasibətləri və ölkələr arasında mövcud siyasi dialoqun yüksək səviyyəsi vurğulanıb. Gürcüstan və İspaniya Krallığının daxili işlər nazirliklərinin məhsuldar əməkdaşlıq etdiyi və bu əməkdaşlığın beynəlxalq müqavilələrə, tərəfdaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslandığı qeyd olunub.
Həmçinin, görüşdə Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyişlərə və Gürcüstanın milli qanunvericilik bazasının Avropa İttifaqının qanunvericiliyinə uyğunluğu haqqında Avropa Komissiyasının dərc etdiyi hesabatın əhəmiyyətinə də toxunulub.
Baş nazir İspaniya Krallığının daxili işlər nazirinə Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avropaya inteqrasiyasına göstərdiyi qəti dəstəyə görə təşəkkür edib.
İspaniya Krallığının Daxili İşlər Nazirliyinin Beynəlxalq Əlaqələr və Miqrasiya üzrə baş direktoru Elena Qarson Otamendi, İspaniya Krallığının Gürcüstandakı səfiri vəzifəsini icra edən Markos Qranados Qomez, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Gürcüstanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri İlia Qiorqadze Hökumət Hdministrasiyasında keçirilən görüşdə iştirak ediblər.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.