Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə, işgüzar səfərlə Ermənistana yola düşdü.
Səfər çərçivəsində, Gürcüstan və Ermənistan baş nazirlərinin rəhbərliyi ilə, Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçiriləcək. Eləcə də, ikitərəfli, yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılıb.
Nümayəndə heyətinə baş nazirin müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili, Xarici İşlər naziri İliya Darçiaşvili, Bölgə İnkişaf və İnfrastruktur naziri İrakli Karseladze və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.