İrakli Ğaribaşvili - İrakli Kobaxidze mənim təyin etdiyim nazirlərlə işləməyə məcbur deyil, əgər onun fərqli baxışı varsa, bu normaldır
İrakli Ğaribaşvili - İrakli Kobaxidze mənim təyin etdiyim nazirlərlə işləməyə məcbur deyil, əgər onun fərqli baxışı varsa, bu normaldır

İrakli Kobaxidze mənim təyin etdiyim nazirlərlə işləməyə məcbur deyil,- bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İrakli Kobaxidzenin fərqli baxışının olması normaldır, hər şeydə eyni fikirdə olsalar, anormallıq olardı.

“Kadrlarla bağlı məsələləri konstitusiyaya və qanuna uyğun olaraq Baş nazir həll edir. Mən bunu əvvəllər də təkrar etmişəm, yenə də deyirəm, çox adi bir proses gedir, burada yeni və xüsusi heç nə baş vermir. İrakli Kobaxidze mənim təyin etdiyim nazirlərlə işləmək məcburiyyətində deyil, əgər onun fərqli baxışı varsa, ki bu onun respublika xəstəxanası  mövzusuyla bağlı fərqli baxışı olduğu da üzə çıxıb – bu normaldır. Biz fərqli insanlarıq. Mən İrakli Ğaribaşviliyəm, baş nazir isə İrakli Kobaxidzedir.Onun fərqli fikrinin olması normaldır. Bizim hər şeydə eyni fikirdə olmağımız anormal olardı”, – deyə Ğaribaşvili bildirib.