İrakli Ğaribaşvili - İordaniyada, 4 000 kvadratmetr ərazinin Gürcüstana verildiyi müqəddəs torpaqda layihələndirmə işləri aktiv şəkildə aparılır
İrakli Ğaribaşvili - İordaniyada, 4 000 kvadratmetr ərazinin Gürcüstana verildiyi müqəddəs torpaqda layihələndirmə işləri aktiv şəkildə aparılır

 

İordaniyada, 4 000 kvadratmetr ərazinin Gürcüstana verildiyi müqəddəs torpaqda layihələndirmə işləri ,hazırda aktiv şəkildə aparılır – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili 2022-ci ilin hesabatını təqdim edərkən açıqlayıb.

Hökumət başçısı bu vacib layihənin yaxın vaxtlarda həyata keçiriləcəyini bildirib.

“Bu il biz uğurlu layihə həyata keçirdik, belə ki, bildiyiniz üzrə İordaniyada, müqəddəs torpaqda 4 min kvadratmetr ərazi Gürcüstana verildi. Artıq layihələndirmə işləri aktiv şəkildə aparılır və biz tikintiyə icazə alan kimi gürcü mədəniyyət və mənəviyyat mərkəzinin tikintisinə çox yaxında başlayacağıq. Gürcülər müqəddəs torpağa qayıdacaqlar – bu, çox vacib layihədir və biz bunu tezliklə həyata keçirəcəyik”- deyə Baş nazir açıqlayıb.