İrakli Ğaribaşvili - intensiv danışıqlar apardıq və Zaza azaddır
İrakli Ğaribaşvili - intensiv danışıqlar apardıq və Zaza azaddır

Bütün hökumət bu ayalar ərzində səfərbər olunmuşduq, biz intensiv danışıqlar apardıq və Zaza azaddır. Bu prosesdə iştirak edən bütün hamıya minnətdarlığımı bildirmək istəyirəm,  – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Erqnetidə bəyan etdi, harada da işğal rejimi tərəfindən azad olunan Zaza Qaxeladzeni qarşıladı.

“Patriarxa, prezidentə, Xarici İşlər Nazirliyinin bütün əməkdaşlarına, DTX-nın rəhbərinə, Dİ nazirinə təşəkkürlər. İlk növbədə, bu qəhraman oğulun ailəsinə – atasına, anasına, həyat yoldaşına və övladlarına təşəkkürümü bildirmək istəyirəm”, – Ğaribaşvili bəyan etdi.

İşğal rejiminin həbsindən azad olunan Zaza Qaxeladze Gürcüstanın mərkəzi hakimiyyətinin nəzarət etdiyi ərazidədir. İşğal rejimi tərəfindən yaxalanan Zaza Qaxeladzeni qanunsuz həbsdən bu gün azad etdilər.

Kaspi Bələdiyyəsinin Kvemo Çala kənd sakini Zaza Qaxeladze, 2020-ci il 11 iyul tarixində Sxvilo həbsxanasının yaxınlığında ayağından yaralandığı zaman işğalçı qüvvələr tərəfindən saxlanlmışdı. De-fakto hökuməti, sərhədləri pozmaqla yanaşı, Zaza Qaxeladzeni hərbi qulluqçunu öldürməyə çalışmaqda da günahlandırıldı. Bu il 5 fevralda işğal altındakı Tsxinvali məhkəməsi Zaza Qaxeladzeni 12 il altı ay qanunsuz həbs cəzasına məhkum etdi.

Baş nazir, İrakli Ğaribaşvili may ayında Zaza Qaxeladzenin ailəsi ilə görüşdü və qeyd etdi ki, Gürcüstanın mərkəzi hakimiyyətini onun azad olunması üçün əlində olan bütün berketlərdən istifadə edirdi, məsə yüksək siyası səviyyədə irəli sürülmüdü və beynəlxalq partnyorlarla fəal müzakirə olunurdu. Zaza Qaxeladzenin məsələsi Cenevrə danışıqlarında və insidentlərin prevensiyası və onlara münasibət mexanizmləri çərçivəsində keçirilən görüşlərdə dəfələrlə irəli sürülüb. İyunda Bütün Gürcüstanın Katalikos-Patriarxı, İkinci İliya Rusiya Patriarxına Zaza Qaxeladzenin azad olummasını ilə müraciət etdi.