İrakli Ğaribaşvili - inanıram ki, Aİ-yə inteqrasiya yolunu abxaz və osetin soydaşlarımızla birlikdə keçəcəyik və onlarla birgə vahid, güclü Avropa dövləti quracağıq
İnanıram ki, Aİ-yə inteqrasiya yolunu abxaz və osetin soydaşlarımızla birlikdə keçəcəyik və onlarla birgə vahid, güclü Avropa dövləti quracağıq -bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Aİ üzvlüyünə namizəd ölkə statusunu qazanmaq üçün göndərilən müraciəti imzalayarkən bildirib.
Hökumət başçısının sözlərinə görə, minillik mədəniyyəti və tarixi ilə fəxr edən gürcü xalqı həmişə Avropayönlü olub, onun dəyərlərinə sadiq olub.
“Avropa demokratiyasının qurulması üçün geri dönməz istək və müvafiq olaraq Aİ-yə üzvlük istiqamətində Gürcüstanın birləşməsi üçün atılan addımdır. İnanıram ki, Aİ-yə inteqrasiya yolunu abxaz və osetin soydaşlarımızla birlikdə keçəcəyik və onlarla birgə vahid, güclü Avropa dövləti quracağıq
Bəzən Avropada belə sual yaranır: Gürcüstan Avropa mədəniyyəti ölkəsidir mi? Lakin bu sualın cavabı Gürcüstanda hamıya aydındır. Gürcüstan ən qədim ölkələrdən biridir.
Fransız mütəfəkkiri Pol Valerin hansı ölkənin Avropa məkanının üzvü sayıla biləcəyi ilə bağlı tərifinə əsasən o, üç əsas meyar qoyub: 1. Yunan-Roma mədəniyyətinin təsiri, 2. Xristian inancı və 3. demokratik ənənə. Bu meyarlara görə, Gürcüstan şübhəsiz Avropa məkanının, Avropa ailəsinin üzvüdür.
Minillik mədəniyyəti və tarixi ilə fəxr edən gürcü xalqı həmişə Avropayönlü olub, onun dəyərlərinə sadiq olub. XX əsrin əvvəllərində gürcü xalqı Avropa dəyərlərinə əsaslanan, ruhu və konstitusiyası bugünkü Avropa meyarlarına uyğun olan yüksək demokratik Avropa dövləti yaradıb. 1991-ci ildə bərpa olunan milli müstəqillik və dövlətçilik də eyni konstitusiyaya, Avropa dəyərlərinə söykənib və əsas yol kimi Avropa oriyentasiyasını müəyyənləşdirib” – deyə baş nazir bildirib.