İrakli Ğaribaşvili İMF-nin Gürcüstandakı missiyasının rəhbəri ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili İMF-nin Gürcüstandakı missiyasının rəhbəri Ceyms Con ilə görüşüb.
Baş nazirin mətbuat xidmətindən verilən məlumatda görüşdə Beynəlxalq Valyuta Fondunun Gürcüstandakı fəaliyyətinə toxunulduğu deyilir.
Beynəlxalq Valyuta Fondunun hazırkı proqramının regiondakı çağırışlar fonunda böyük əhəmiyyət kəsb etdiyi xüsusilə vurğulanıb.
Hökumət başçısı Ceyms Cona Gürcüstanın inkişafı və islahatları yolunda Beynəlxalq Valyuta Fondunun qəti dəstəyinə görə təşəkkür edib. Görüşdə ölkədə aparılan islahatların davam etdirilməsinə hazırlıq ifadə edilib. Gürcüstanda iqtisadi inkişaf tendensiyaları vurğulanıb.
Qeyd edildiyi üzrə, cari ilin doqquz ayında ölkədə iqtisadi artım 10,2 faiz təşkil edib. İnflyasiyanın ən mühüm qlobal çağırışlardan biri olaraq qalmasına baxmayaraq, Gürcüstanda inflyasiyanın azalma dinamikasının müşahidə olunduğu qeyd olunub. Hökumət Administrasiyasında keçirilən görüşdə BVF-nin Gürcüstandakı daimi nümayəndəsi Selim Çakır və maliyyə naziri Laşa Xutsişvili iştirak ediblər.
Məlumatı baş nazirin mətbuat xidməti yayır.