İrakli Ğaribaşvili illik hesabatla iyunun 22-də parlament qarşısında çıxış edəcək
Baş nazir İrakli Ğaribaşvili illik hesabatla iyunun 22-də plenar iclasda parlament qarşısında çıxış edəcək.
Hökumət başçısının dinlənilməsi siyasi debatlar formatında keçiriləcək.
Nizamnaməyə əsasən, baş nazir hökumət proqramının icrası ilə bağlı illik hesabatı parlamentə iyunun 1-də yazılı formada təqdim edib.