İrakli Ğaribaşvili - ilin iqtisadi proqnozu 8,5% əvəzinə 10% olacaq, bu o deməkdir ki, son iki ildə bizdə ikirəqəmli iqtisadi artım var ki, bu da düzgün siyasətin nəticəsidir
Noyabrın 25-də İqtisadi Şura formatında biz büdcə məsələsini müzakirə etdik və noyabrın 30-da büdcənin yekun variantı parlamentə təqdim olunacaq – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.
Hökumət başçısının qeyd etdiyi kimi, cari il üçün iqtisadi artım proqnozu dəqiqləşdiriləcək və 8,5% əvəzinə, 10% olacaq, bu isə o deməkdir ki, ardıcıl iki il ölkədə ikirəqəmli iqtisadi artım qeydə alınıb.
“Biz cari il üçün iqtisadi artım proqnozunu dəqiqləşdirəcəyik və 8,5% əvəzinə 10% olacaq. Bu o deməkdir ki, bizdə ardıcıl iki il ərzində ikirəqəmli iqtisadi artım müşahidə olunur ki, bu da düzgün iqtisadi siyasətin nəticəsidir. Hər kəsə xatırlatmaq istərdim ki, ÜDM təxminən 80 milyard lari olacaq. Bu o deməkdir ki, adambaşına düşən “per capita”, belə desek 7500 dollara çatacaq ki, bu da son iki ildə böyük irəliləyişdir. Onu da deyim ki, son bir ildə 100 mindən çox yeni iş yeri açılıb. İşsizlik tarixi minimuma enib, yoxsulluq da azalıb və istər turizm, istər ixrac, istər daxili istehsalatda bütün istiqamətlərdə artım var, bir sözlə, bütün istiqamətlərdə müsbət göstəricilərimiz var.
Faktiki səfərbərliyin dinamikasını nəzərə alaraq, 2023-cü il üçün birləşmiş büdcənin vergi daxilolmalarının planlaşdırılan dərəcəsini təxminən 390 milyon lari artırırıq; Bundan başqa, kreditlərin ödənilməsi və digər gəlirlərin planlaşdırılmış göstəriciləri təxminən 270 milyon lari artacaq; Qeyd olunanlardan irəli gələrək, gələn il resurslarımız 660 milyon lari artacaq və müvafiq olaraq, birləşmiş büdcə də eyni məbləğdə artacaq və ümumilikdə, birləşmiş büdcə 25 milyard lari olacaq” – deyə baş nazir bildirib.