İrakli Ğaribaşvili İlham Əliyevlə görüşüb
İrakli Ğaribaşvili İlham Əliyevlə görüşüb

 
Bakıda “Qancelik” hökumət iqamətgahında Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş keçirilib.

Hökumət başçısı Azərbaycan Prezidentinin şəxsi dəvəti ilə SPECA iqtisadi forumunda fəxri qonaq qismində iştirak edir.

Görüşdə iki ölkə arasında çoxəsrlik, mehriban qonşuluq, dostluq münasibətlərinə diqqət yetirilib, Azərbaycanın Gürcüstanın aparıcı ticarət tərəfdaşlarından biri olduğu qeyd olunub. Ölkələrin strateji əməkdaşlığının- ticarət-iqtisadiyyat, enerji, nəqliyyat, logistika məsələləri, eyni zamanda Gürcüstan və Azərbaycan arasında mövcud mühüm layihələr: dəmir yollarının modernləşdirilməsini, limanların, yolların genişləndirilməsini, tikinti-inkişafı nəzərdə tutan Orta Dəhlizin inkişaf perspektivləri ; Şərq-Qərb yüksək sürətli avtomobil yolu və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi müzakirə edilib, hökumət başçısı bu sonuncunun iki ölkənin nəqliyyat potensialını daha da gücləndirəcəyini bildirib.

Qeyd edilib ki, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu Avropa-Qafqaz-Asiya dəmir yolu dəhlizinin bir hissəsinə çevriləcək. Cənubi Qafqazın yaşıl enerji resurslarının Avropa İttifaqı bazarına çatdırılması üçün irimiqyaslı layihənin – Qara dəniz sualtı kabelinin inkişafı məsələsinə və onun xüsusi əhəmiyyətinə xüsusi diqqət yetirilib.

Tərəflər dünyada və regionda mövcud təhlükəsizlik məsələlərini müzakirə ediblər. Hökumət başçısı Azərbaycanın Ermənistanla tezliklə sülh sazişi imzalayacağına ümid etdiyini bildirib.

Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayır.