İrakli Ğaribaşvili İlham Əliyevlə birlikdə Qəbələdəki “ASAN xidmət” mərkəzində oldu
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Azərbaycan prezidenti, İlham Əliyevlə birlikdə Qəbələdəki “ASAN xidmət” mərkəzində oldu, – Məlumatı Gürcüstan hökumətinin administrasiyası yayır.
Hökumət başçısı xidmət mərkəzini gözdən keçirdi və iş prinsipi ilə tanış oldu.
“ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsini təmin edir. Xidmət mərkəzlərinin fəaliyyəti səmərəlilik, şəffaflıq, məsuliyyət və rahatlıq prinsiplərinə əsaslanır.