İrakli Ğaribaşvili - iki illik fəaliyyətimiz nəticəsində işsizlik və yoxsulluq tarixi minimum səviyyədədir, bütün istiqamətlərdə müsbət dinamika var
İki illik fəaliyyətimiz nəticəsində işsizlik və yoxsulluq tarixi minimum səviyyədədir, bütün istiqamətlərdə müsbət dinamika var – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, ilkin məlumatlara görə, yanvarda kifayət qədər yüksək iqtisadi artım olacaq.
“Statistika İdarəsinin dərc etdiyi son məlumatlara görə işsizlik səviyyəsi tarixi minimum səviyyədədir. İşsizlik azalıb, eləcə də yoxsulluq tarixi minimum səviyyədədir. Ticarətin artması, bütün istiqamətlərdə müsbət dinamika, iqtisadi artım olduğuna dair son göstəriciləri gördünüz, tanış oldunuz, yanvarın göstəricilərini gözləyirik. Maliyyə Nazirliyindən məndə olan ilkin məlumata görə, – hərçənd əlbəttə ki, Statistika Xidmətindən yekun məlumatı gözləməliyik, – yanvar ayında kifayət qədər yüksək iqtisadi artım olacaq. Ümumiyyətlə, müşahidə olunan dinamika bu il də yüksək iqtisadi artımın olacağına dair nikbinliyə əsas verir. Bu, bizim əsas vəzifəmiz olmalıdır. Məşğulluq, daha çox iş yerləri. Onu da deyim ki, həm kişilər, həm də qadınlar arasında işsizlərin sayı azalıb. Şəhər və kənd yerlərində işsizlik hər yerdə azalıb. Bu, həm işsizlik, həm də yoxsulluq üçün tarixi minimumdur. Bu, bizim iki illik fəaliyyətimizin nəticəsidir” – deyə baş nazir açıqlayıb.