İrakli Ğaribaşvili - ictimaiyyət Daun Sindromu Gününü qeyd edir, hökumət Daun sindromlu insanların fiziki və intellektual inkişafına yönəlmiş təşəbbüsləri hər zaman dəstəkləyəcək
İrakli Ğaribaşvili - ictimaiyyət Daun Sindromu Gününü qeyd edir, hökumət Daun sindromlu insanların fiziki və intellektual inkişafına yönəlmiş təşəbbüsləri hər zaman dəstəkləyəcək

 

Beynəlxalq ictimaiyyət Daun Sindromu Gününü qeyd edir, Gürcüstan hökuməti Daun sindromlu insanların fiziki və intellektual inkişafına yönəlmiş təşəbbüsləri hər zaman dəstəkləyəcək-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili açıqlayır.

O, Daun sindromlu insanların hüquqlarının, sağlamlıq və inkişafının qayğısına qalmağın dövlətin borcu olduğunu bildirir.

“Bu gün beynəlxalq ictimaiyyət Beynəlxalq Daun Sindromu Gününü qeyd edir!

Bu gündə bütün sivil dünya hər bir insanın bərabər və ləyaqətli mühitdə yaşamaq və inkişaf etmək hüququna hörmətlə yanaşdığını bir daha bəyan edir.

Gürcüstan hökuməti məhdud imkanlı şəxslərin hüquq və maraqlarının həyata keçirilməsi üçün xüsusi şərait yaratmaqla bağlı dövlətin konstitusiya öhdəliyini bir daha vurğulayır.

Gürcüstan hökuməti cəmiyyətin hər bir üzvünün öz potensialını reallaşdıra biləcəyi bərabər mühitin yaradılmasına qayğı göstərir.

Daun sindromlu insanların hüquqlarının, sağlamlığının və inkişafının qayğısına qalmaq dövlətin borcudur. Hökumət Daun sindromlu insanların fiziki və intellektual inkişafına yönəlmiş təşəbbüsləri hər zaman dəstəkləyəcək, təşviq edəcək və liderlik edəcək”- deyə İrakli Ğaribaşvili bildirir.