İrakli Ğaribaşvili II İliaya -xalqımız və ölkəmiz üçün nə böyüklükdə missiya yerinə yetirdiyinizi və yetirməyə davam etdiyinizi xalqımız çox yaxşı bilir
İrakli Ğaribaşvili II İliaya -xalqımız və ölkəmiz üçün nə böyüklükdə missiya yerinə yetirdiyinizi və yetirməyə davam etdiyinizi xalqımız çox yaxşı bilir

 
Əziz patriarxımızı taxta çıxmasının 45 illiyi münasibətilə təbrik etmək istəyirəm. Üzərinizə götürdüyünüz böyük əməyi və missiyanı sözlə ifadə etmək həqiqətən çətindir. Xalqımız və ölkəmiz üçün nə böyüklükdə missiya yerinə yetirdiyinizi və yetirməyə davam etdiyinizi xalqımız çox yaxşı bilir – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Patriarxlıqda Ümumi Gürcüstanın katolikos-patriarxı II İlianı taxta çıxmasının 45-ci ildönümündə təbrik edərkən açıqlayıb.

Hökumət başçısının qeyd etdiyi kimi, II İlia xalq və ölkə qarşısında böyük missiya yerinə yetirib və yerinə yetirməkdə davam edir.

“Zati-aliləri, əziz din xadimləri, xanım Prezident, cənab spiker, hörmətli cəmiyyət! Sizləri salamlayıram və mən də bu səmimi təbriklərə qoşulmaq və ilk növbədə, əziz Patriarxımızı taxta çıxmasının 45-ci ildönümü münasibətilə təbrik etmək istəyirəm. Üzərinizə götürdüyünüz böyük əməyi və missiyanı sözlə ifadə etmək həqiqətən çətindir. Xalqımız və ölkəmiz üçün nə böyüklükdə missiya yerinə yetirdiyinizi və yetirməyə davam etdiyinizi xalqımız çox yaxşı bilir. Valideynlərimdən, valideynlərimin nəslindən bilirəm ki, tanrının izni ilə patriarx seçilərək, xeyir-dua aldıqda nə qədər çətin dövr idi. O vaxtlar Gürcüstanda bir neçə kilsə-monastır fəaliyyət göstərdiyini hamınız yaxşı bilirsiniz. Bu gün Rəbbin və sizin sayənizdə sizin müdrik əməyiniz, böyük sevginiz və vətənpərvərliyinizlə bir neçə min kilsə-monastır tikilmişdir. Bu işdə, xalqımızı imana qaytarmaqda, insanlara inam və ümid bəxş etməkdə təbii ki, sizin töhfəniz böyükdür. Sizin əməyiniz , missiyanız haqqında çox danışa bilərik. Bir şeyi demək istəyirəm ki, adi bir vətəndaş kimi bu nəhəng tarixi missiyanı yerinə yetirdiyiniz üçün Sizə ürəkdən təşəkkür etmək istəyirəm. İnanıram ki, sizin əsas arzunuz, tezliklə vahid Gürcüstan görəcəyimizlə bağlı əsas ideyanız Rəbbin lütfü ilə həyata keçəcək. Sizə bir daha təşəkkür etmək, böyük sevgimizi, böyük hörmətimizi təsdiqləmək istəyirəm. Şəxsən mən bir daha minnətdarlığımı bildirmək istəyirəm. Sizin hər bir söz və məsləhətiniz bizim üçün son dərəcə vacibdir və sizin müdrik məsləhətlərinizi hər zaman xatırlayacağam. Bir daha təşəkkür edirəm, sizə cansağlığı və güc arzulayıram”- deyə baş nazir qeyd edib.

Baş nazirlə birlikdə Gürcüstan Prezidenti və parlamentin sədri Patriarxlıqda olublar.