İrakli Ğaribaşvili - iqtisadiyyat istiqamətində müsbət tendensiyalarımız var, birinci rübdə ölkəyə demək olar ki, yarım milyard dollar birbaşa xarici sərmayə qoyuluşu qeydə alınıb
İqtisadiyyat istiqamətində müsbət tendensiyalarımız var, birinci rübdə ölkəyə demək olar ki, yarım milyard dollar birbaşa xarici sərmayə qoyuluşu qeydə alınıb -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.
İrakli Ğaribaşvili iqtisadiyyat istiqamətində müsbət tendensiyalara diqqət çəkərək, birbaşa xarici investisiyaların xüsusilə yüksək tempi qoruduğunu qeyd edib.
“Bir daha qeyd etmək istərdim ki, iqtisadiyyat istiqamətində çox müsbət tendensiyalarımız var. Əhalinin, cəmiyyətimizin bu barədə məlumatı var. Birbaşa xarici investisiyalar xüsusilə yüksək tempi qoruyur. Birinci rübdə Gürcüstana demək olar ki, yarım milyard dollar həcmində birbaşa xarici investisiya qoyuluşu qeydə alınıb, bu da təbii ki, olduqca müsbət haldır”-deyə baş nazir açıqlayıb.