Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi İens Stoltenberqlə görüşüb.
Görüşdə tərəflər Gürcüstanın Avro-Atlantik inteqrasiya dinamikası və ikitərəfli əməkdaşlığın dolu gündəliyindən danışıblar.
Həmçinin, regiondakı mövcud ağır təhlükəsizlik mühitinə və Ukraynada davam edən müharibəyə də toxunulub. Alyansın baş katibi NATO-nun Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini qeyd edib.
Gürcüstanın Baş naziri NATO-Gürcüstan əməkdaşlığının əsas prioritetlərdən biri olduğunu xüsusilə qeyd edib. Öz növbəsində NATO-nun baş katibi alyansın baş nazirə qəti dəstəyini təsdiqləyib.
Görüşdə NATO-nun yaxınlaşan Vilnüs sammiti müzakirə olunub.
Tərəflər Gürcüstanın tərəqqisi və istəyinin həm ölkəyə siyasi dəstək, həm də praktiki imkanların gücləndirilməsi baxımından alyansın sonrakı qərarlarında layiqincə öz əksini tapacağına ümidvar olduqlarını bildiriblər.
Tərəflər Gürcüstanın NATO-ya üzv olmaq istəyən ölkə olaraq hər zaman alyansın ən etibarlı və effektiv tərəfdaşlarından biri olduğunu və ümumi Avro-Atlantik təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verdiyini qeyd ediblər. Həmçinin, müttəfiqlərin köməyi və dəstəyi ilə Gürcüstanın müdafiə qabiliyyətini xeyli inkişaf etdirdiyi qeyd olunub.
Tərəflər Qara dənizin təhlükəsizliyinin vacibliyindən və bu baxımdan Gürcüstanın rolundan danışıblar.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.