İrakli Ğaribaşvili - İens Stoltenberq ilə görüşdə biz ikitərəfli və regional əməkdaşlığın gündəmini, təhlükəsizlik çağırışlarını və tərəfdaşlıq məsələlərini müzakirə etdik
İrakli Ğaribaşvili - İens Stoltenberq ilə görüşdə biz ikitərəfli və regional əməkdaşlığın gündəmini, təhlükəsizlik çağırışlarını və tərəfdaşlıq məsələlərini müzakirə etdik

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində NATO-nun baş katibi İens Stoltenberqlə görüşünə münasibət bildirir.

Baş nazir Gürcüstan və NATO-nun etibarlı tərəfdaş olduğunu vurğulayır.

“Brüsselə səfərim çərçivəsində İens Stoltenberqlə möhtəşəm görüş keçirdim. Gürcüstan və NATO etibarlı tərəfdaşlardır. Biz ikitərəfli və regional əməkdaşlığın gündəliyini, regional təhlükəsizlik çağırışlarını və gələcək tərəfdaşlıq məsələlərini müzakirə etdik”- deyə hökumət başçısı qeyd edir.